F.Massa hələ də yarışmaq istəyir

İlin sonunda təqaüdə çıxmağa hazırlaşan Felipe Massa bildirib ki, növbəti mövsüm də yarışmaq istəyir.

F-1.az xatırladır ki, braziliyalı sürücü ilin sonunda Formula1-dən ayrılacaq və 36 yaşlı veterana başqa seriyalardan təkliflər var.

Felipe Massa: “Yarışmağı sevirəm. Səkkiz yaşımdan fərqli kateqoriyalarda yarışmışam və bu işdən həzz alıram. Formula1 olmasa da, başqa seriyada yarışmaq istəyirəm. İndi düşünmək üçün çoxlu vaxtım olacaq. Hansı seriyada yarışacağıma hələ qərar verməmişəm. Doğru qərar verməyə çalışacam.

Braziliya idman üçün vacib ölkədir və ümid edirəm ki, uzun illər təqvimdə qalar. Burada çox sayda əfsanəvi sürücü çempionluğunu qeyd edib. Braziliyanın təqvimdə qalması üçün əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*