14 Dekabr 2017, Cümə axşamı - 14:00

F.Massa: “Halo üçün xüsusi test lazımdır”

F.Massa: “Halo üçün xüsusi test lazımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

11:05 - 13 Avqust, 2016

Felipe Massa bildirib ki, Halonun doğru sistem olub-olmadığını öyrənmək üçün daha əlverişli testlərə ehtiyac var…

F-1.az xatırladır ki, Halo sistemini Kimi Rəykkönen, Sebastyan Fettel və Pyer Qasli test ediblər. Amma Strateji İşçi Qrup Halo sisteminin tətbiqini 2018-ci ilə qədər təxirə salıb.

Felipe Massa bu gecikmənin doğru olub-olmadığı barədə danışıb: “Test etmədən cavab vermək çətindir. Bolidə taxıb bir dövrə vurmaq bəs eləmir. Bunun üçün xüsusi bir test keçirilməlidir. Daha sonra dəqiq cavab vermək olar. Biz Halonun doğru addım olub-olmadığını anlamalıyıq. Əgər irəliyə doğru addımdırsa, bolidin daha təhlükəsiz olduğunu görmək gözəl olar.

Hazırda bu sistemi test etmək ən doğru addım olar. Mən onu sınaqdan keçirtməmişəm. Sistem barədə necə danışım? Bolid eybəcər göründüyü üçün bu sistemi rədd etmək doğru olmaz. Bizim üçün təhlükəsizlik daha vacibdir. Düşünürəm ki, insanlar buna tezliklə öyrəşəcəklər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 198
Teqlər , , , ,
Paylaş

logo