18 Oktyabr 2017, Çərşənbə - 00:27

F.Massa güclü olduğu Avstriyada uğursuzluğa son qoymaq istəyir

F.Massa güclü olduğu Avstriyada uğursuzluğa son qoymaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

12:48 - 06 İyul, 2017

Williams komandasının sürücüsü Felipe Massa Azərbaycan yarışındakı uğursuzluğu Avstriyada unutmaq istəyir.

F-1.az xatırladır ki, 36 yaşlı sürücü Bakı Şəhər Halqasında qələbəyə yaxın olduğu halda, asılqandakı problemə görə mübarizəni vaxtından əvvəl saxlamalı olmuşdu.

Qeyd edək ki, braziliyalı sürücü 2014-cü ildə Red Bull Rinqdə poul qazanmış və 2015-ci ildə podiuma yüksəlmışdi.

Felipe Massa: “Avstriya doğrudan da əyləncəli trasdır. Normal şərtlər altında orada həmişə rəqabətədavamlı olmuşuq. Orada podiuma yüksəlmişəm və 2014-cü ildə poul qazanmışam. Bundan başqa orada yaxşı vaxt keçirirəm. Ümid edirəm ki, yaxşı həftəsonu keçirərək, Bakıdakı məyusluğu unudarıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 571
Teqlər , , , , , ,
Paylaş

logo