F.Massa: “Gələn il üçün qarşımda bir neçə variant var”

Felipe Massanın Williams-la müqaviləsi mövsümün sonunda başa çatır və onun komandada qalıb-qalmayacağı hələ ki, məlum deyil.

F-1.az xəbər verir ki, Censon Battonun Felipe Massanın yerinə Williams-a keçəcəyi gözlənilir. Braziliyalı sürücünün adı isə Renault ilə yanaşı çəkilir.

Sonuncu dəfə 2008-ci ildə qələbə qazanan Felipe gələn il üçün müxtəlif variantların olduğunu bildirib.

Felipe Massa: “Gələcəyimlə bağlı heç nəyi gizlətmirəm. Williams-la yanaşı bir çox seçimim olacaq. Lakin indi bu barədə danışmaq üçün tezdir. Komanda rəhbərliyi yaxın zamanda bu barədə düşünməyə başlayar. Nə baş verəcək bilmirəm. Hazırda diqqətimi yarışlara yönəltmişəm və tələsmirəm”.

O, özünü hər ehtimala hazır hiss edir: “Əlimdən gələnin ən yaxşısını edəcəyimə inanıram. Başqa bir komandanın üzvü olmağa da, əlimə yaxşı fürsət düşməsə, ümumiyyətlə, fərqli bir iş görməyə də hazıram. Tələsmirəm, çünki ən düzgün qərarı vermək istəyirəm. Hər şey ürəyimcə olsa, davam edərəm. Olmasa, bundan zövq ala bilmərəm. Williams-da qalmaq istəyərəm, amma daha maraqlı təkliflər varsa…”

Son cümləsini tamamlamayan Massadan nə demək istədiyi soruşulduqda isə cavabı belə olub: “Ad çəkməyin düzgün olduğunu hesab etmirəm. Lakin böyük komandada çıxış etmək kiçik komandada çıxış etməkdən daha yaxşı olar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*