17 Dekabr 2017, Bazar - 11:58

F.Massa gələn il paddokda olacaq

F.Massa gələn il paddokda olacaq

Müəllif: Rauf Hacıyev, redaktor

11:34 - 16 Oktyabr, 2016

Felipe Massa mövsümün sonunda təqaüdə çıxacaq, amma braziliyalı təqaüdə çıxdıqdan sonra da F1-də qalmağı düşünür.

F-1.az xatırladır ki, Massa mövsümün sonunda Formula1-dən gedəcək və 35 yaşlı sürücünün gələn il nə edəcəyi hələ də məlum deyil.

Braziliyalının adı Formula E, DTM, WEC kimi seriyalarla hallanır. Amma Massa bildirib ki, tez-tez Formula1 paddokuna gələcək: “Öz imicimə və bəzi şirkətlərlə bağladığım müqavilələrə görə padoka tez-tez gələcəm. Mövsüm ərzində 4 və ya 5 televiziya verilişində iştirak edə bilərəm və bu daimi iş olmaz. Gələn il 4-5 yarışa gəlib, onlardan həzz almaq istəyirəm. Sürücü kimi fərqli işlər görmək qəribə olacaq və bunun üçün hazıram.

Padokda olmaq bəlkə də elə də həzz verməyəcək. Sadəcə izləmək üçün, orada olmaq həzz verməz. İnsanlarla, müştərilərlə və azarkeşlərlə danışmalıyam. Kömək edə biləcəyim bəzi şirkətlər olmalıdır. Yəni orada olacağamsa, bu bir işə görə olmalıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 95
Teqlər ,
Paylaş

logo