F.Massa: “Formula1-də Leicester olmaq mümkünsüzdür”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, kiçik komandalarla böyük komandalar arasında fərq çoxdur və buna görə də rəqabət görmək mümkünsüzdür.

F-1.az xatırladır ki, daha yaxşı büdcəyə sahib olan Ferrari, Mercedes və Red Bull komandaları bu mövsümə daha yaxşı başlayıblar. Digər komandalar ilə bu üçlük arasında bir uçurum var.

Felipe Massa: “80 milyon avro resursu olan komanda ilə 400 milyon avro resurslu komanda necə yarışsın. Bu mümkünsüzdür. Bu cür şeylər çətin olur və məncə, keçən il Leicester bunu etdi. Futbolda bu ehtimal Formula1-dən daha çoxdur. 2020-ci ilə qədər heç kim dəyişiklik gözləməməlidir. Ondan sonra bəlkə güc balansları nisbətən bərabərləşər və həyəcanlı yarışlar görərik. Bu cür şeylər üçün vaxt lazımdır. Onsuz da, son 4 ildə Ferrari, Mercedes və Red Bull-dan başqa heç bir komanda qalib gələ bilməyib. Səhv etmirəmsə, 2013-cü ildə Avstraliyada təkcə Kimi qalib gəlmişdi. Bu dəyişməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*