22 Noyabr 2017, Çərşənbə - 20:47

F.Massa Formula E-yə keçməkdən imtina edib?

F.Massa Formula E-yə keçməkdən imtina edib?

Müəllif: Elçin Zodorov, redaktor

10:38 - 10 Yanvar, 2017

Keçən mövsümün sonunda karyerasını tamamladığını açıqlayan Massanın bu mövsüm də yarışacağı deyəsən dəqiqdir və Valtteri Bottasın Mercedes AMG-yə keçidinin rəsmən açıqlanması gözlənilir.

F-1.az xatırladır ki, Niko Rosberqin karyerasını gözlənilmədən bitirməsi pilot bazarında bir çox şeyi dəyişdirmişdi. Mercedes AMG-nin Bottası istəməsi və bunun üçün də Massaya daha bir il yarışması üçün əlverişli təklif irəli sürdüyü bildirilirdi. Marca-nın iddiasına görə, Felipe Massa bir müddət əvvəl Formula E komandalarından birində yarışmaq barədə razılığa gəlib, lakin sonradan razılaşmanı pozub. Buna səbəb isə yuxarıda qeyd etdiyimiz hadisələr göstərilir.

Bottasın Mercedes AMG-yə keçidinin və Massanın daha bir il Williams-da qalacağının eyni anda açıqlanması gözlənilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 819
Teqlər , , , , , ,
Paylaş

logo