F.Massa Formula E barədə düşünmür

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Formula E-ni yaxından izləsə də, orada çıxış etməyi hələ düşünmür.

F-1.az xatırladır ki, braziliyalı sürücü Formula1 dəftərini 36 yaşında bağladıqdan sonra fərqli seriyalarda yarışmaq istədiyini demişdi.

Felipe Massa: “Əvvəlcə Formula E-ni tam anlamaq istəyirəm. Hazırda bilmədiyim çox şey var. Formula E-də yarışmağı hələ düşünmürəm. Onsuz da mövsüm yeni başlayıb və bütün komandaların sürücüləri var. Güclü olacağıma inandığım bir seriyada yarışmaq istəyirəm. Əgər qələbələr və çempionluqlar qazana bilməyəcəmsə, mənim üçün mənası olmaz. Buna görə də özümə daha güclü komanda axtarıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*