17 Dekabr 2017, Bazar - 00:24

F.Massa Ferstappenin üzrünü qəbul edib

F.Massa Ferstappenin üzrünü qəbul edib

Müəllif: Rauf Hacıyev, redaktor

15:13 - 19 Aprel, 2017

Felipe Massa rəqibi Maks Ferstappenin braziliyalılarla bağlı işlətdiyi ifadəyə görə üzrünü qəbul edib,

F-1.az xatırladır ki, Maks Ferstappen Bəhreyndə sıralanma turundan sonra Felipe Massa üçün – “sadəcə braziliyalıdır, buna görə də onunla müzakirə aparmayacam” – demişdi.

Amma Massa bu sözün ümumi işləndiyini deyərək, Ferstappendən danışığına fikir verməsini istəmiş və vəziyyətin qəlizləşdiyini görən hollandiyalı sürücü buna görə braziliyalılardan üzr istəmişdi.

Amma braziliyalı sürücü düşünür ki, bu sözlər sıralanma turunun stressi ilə deyilib: “Məncə, Ferstappen slralanma turunun stresi ilə o sözləri işlətdi. Onunla aram yaxşıdır və heç bir problemim yoxdur. Məncə, zarafat edib. Amma düz danışmadığını başa düşüb üzr istədi. Belə də olmalı idi. O yaxşı oğlandır və güclü sürücüdür. Amma bir az sakit olmalıdır. Yaşlandıqca yaxşı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 158
Teqlər , , , , , ,
Paylaş

logo