F.Massa: “Fernandonun getməsi məsləhətlidir”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Alonsonun Formula1 karyerasını bitirməsi ən yaxşı variant olar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2015-ci ildə Ferrari-dən McLaren-ə transfer olunduqdan sonra podiuma belə yüksələ bilməyib. Alonsonun britaniyalılarla müqaviləsi ilin sonunda bitəcək və onun üçün ən real namizəd Renault komandası sayılır.

Felipe Massa: “Fernando Formula1-dən şikayət edir, çünki yaxşı bolidi yoxdur. Halbuki, vəziyyət 80-ci illərlə eynidir. Liberty Media insanları idmana cəlb etmək üçün işlər görsə də, hər şey olduğu kimi qalacaq. Mercedes və Ferrari rəqiblərindən çox uzadadırlar. Kiçik komandalara daha çox fürsət verilməlidir, amma bu 2020-ci ildəki yeni müqaviləyə qədər mümkünsüzdür.

Fernandonun ayrılması çox şeydən asılıdır. Əgər işlər istədiyiniz kimi getmirsə, bəlkə də ayrılmaq ən yaxşısıdır. Hazırda həzz almadığını görürük. Bəlkə də elə edəcək. Bilmirəm, bəlkə başqa komandaya gedər və ya başqa seriyalarda yarışar. Ancaq özü bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*