19 Noyabr 2018, Bazar ertəsi - 13:27

F.Massa: “Elə bil buzda sürürdüm”

F.Massa: “Elə bil buzda sürürdüm”

Müəllif: Rauf Hacıyev, redaktor

19:16 - 10 Aprel, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Çin yarışında asfaltla ilişmə zəif olduğu üçün maşını buzda sürürmüş kimi hiss edib.

F-1.az xatırladır ki, braziliyalı sürücü Çin yarışına 6-cı yerdən başlasa da, yekunda 15-ci yeri tutaraq xalsız qalıb. 35 yaşlı sürücü bildirib ki, yarış ərzində təkərləri qızdıra bilməyib və buna görə də yarış ərzində bolidi sürüşüb: “Yarış bizim üçün belə bitdiyi üçün çox məyusam. Startda asfaltla ilişmədə problem yaşadım və geriyə düşdüm. Təhlükəsizlik avtomobilinin arxasında təkərlərim çox soyudu və yenidən qızdıra bilmədim. Bundan sonra isə mənim üçün çox pis oldu. Yarışın sonuna qədər sürüşdüm və nəticə də hər şeyi göstərir. Şəraitə görə hamı fərqli strategiyalardan istifadə etdi. Yarışdan əvvəl tək pit-stoplu strategiya planlaşdırılsa da, hamı ikinci dəfə pitə girməli oldu. Təkərləri qızdıra bilməməyimiz performansımıza təsir etdi. Ümid edirəm ki, Bəhreyndə hər şey istədiyimiz kimi gedər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 804
Teqlər , , ,
Paylaş

logo