F.Massa DTM-ə keçir?

Mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan Felipe Massanın Avropa seriyalarında yarışmaq istədiyi, buna görə də DTM seriyasına keçmək ehtimalının yüksək olduğu bildirilir.

F-1.az xəbər verir ki, Massanın hansı seriyada yarışacağı tam dəqiq olmasa da, sürücülük karyerasını DTM, WEC və ya Formula E seriyalarından birində davam etdirə biləcəyi barədə söhbətlər gəzir. Onun Avropada yarışmaq istədiyi, Amerikadan gələn yarış təkliflərini rədd etdiyi bildirilir.

Massa ilə maraqlananlardan biri də Audi-nin DTM komandasıdır və deyilənə görə, Massa bu təklifə müsbət cavab verə bilər. Bu mövzu barədə danışan Audi Sport DTM-in rəhbəri Diter Qass deyib: “Hazırda diqqətimizi çempionatda qalib gəlməyə yönəltmişik. 2017-ci illə bağlı qərarımızdan gələcəkdə xəbər tutacaqsınız. Bu ilin sonuna qədər heç bir açıqlma verməyəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*