F.Massa daha 1 il qalacaq?

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, daha bir il Formula1-də qala bilər.

F-1.az xatırladır ki, braziliyalı sürücü 2016-cı ilin sonunda karyerasını bitirmiş, amma Bottasın gözlənilmədən Mercedes komandasına transfer olunmasından sonra yenidən idmana qayıtmışdı. 36 yaşlı sürücü bu mövsüm 16 xal toplamaqla turnir cədvəlində 7-ci yerə sahib çıxıb.

Felipe Massa: “Bəli, çempionatda lider olmasam da, buradayam və mübarizə aparıram. Yarışlara 100 faiz diqqətimi vermişəm. Yaxşı komandada qələbələr qazana bilərəm. Daha sonra isə növbəti mövsümü düşünməliyəm. Uğurlu olmaq məni rahatlandırır. Bu, əksər insanlar üçün eyni deyilmi? Hazırda heç vaxt olmadığım qədər formadayam. Nə qədər yarışacağımı bilmirən, amma əzələ yığmaq üçün daha çox işləyirəm və buna görə də özümü yaxşı hiss edirəm. Yeni bolidləri sevirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*