19 Oktyabr 2017, Cümə axşamı - 00:19

F.Massa: “Byanki ilə Ferrari-nin arası pis idi”

F.Massa: “Byanki ilə Ferrari-nin arası pis idi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:37 - 21 İyul, 2016

Felipe Massa bildirib ki, Jül Byanki 2014-cü ilin Yaponiya yarışında qəza etməmişdən əvvəl Ferrari ilə arası dəyibmiş…

F-1.az xatırladır ki, Jül Byanki qəzadan sonra 9 ay komada qaldıqdan sonra dünyasını dəyişmişdi. Felipe Massa fransalı sürücünün ölüm ildönümündə danışıb. Qeyd edək ki, Byankinin Marussia-dan Ferrari-yə keçməsi gözlənilirdi.

Felipe Massa: “O, Ferrari-də yarışmalı idi. O dövrlərdə Ferrari-yə transferi gözlənilirdi və o mövzu barədə danışırdılar. Amma Ferrari ilə danışıqlarda problemlər var idi. Onun istedadı göz önündə idi. Mən həmişə düşünürdüm ki, Formula1-də çox uğurlu sürücü olacaq”.

Qeyd edək ki, Jül Byanki Ferrari Sürücü Akademiyasının yetirməsi və ən perspektivli sürücüsü idi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 142
Teqlər , ,
Paylaş

logo