11 Dekabr 2017, Bazar ertəsi - 09:59

F.Massa: “Braziliya yarışı ən gözəl yarışım olub”

F.Massa: “Braziliya yarışı ən gözəl yarışım olub”

Müəllif: Rauf Hacıyev, redaktor

12:51 - 22 Sentyabr, 2016

Felipe Massa bildirib ki, karyerasındakı ən gözəl yarış 2006-cı ildəki Braziliya yarışı olub…

F-1.az xatırladır ki, Felipe Massa 2006-cı ildə Braziliyada finiş xəttini birinci keçməklə, öz vətənində ilk qələbəsini qazanmışdı.

Felipe Massa karyerası ərzində 244 yarışda start alıb və 2006-cı ildəki Braziliya yarışını ən yaxşı yarışı sayır: “Mənim üçün ən gözəl yarış öz ölkəmdəki yarış idi. Tribunalarda məni dəstəkləyən fanları görmək təəccüblü idi. Onlara qələbə hədiyyə etdiyim üçün sevincliyəm. İlk qələbəm yuxu kimi idi. Bu mənim ən böyük xəyalım idi. 2014-cü ildə Williams ilə podium qazananda da o günü xatırladım. Öz evinizdə qalib gəlmək həmişə gözəldir. Balaca olanda Nelson, Ayrton və Rubensin yarışlarını izləməyə gedərdim. Onlar qalib gələndə tribunalardakı dəstək inanılmaz idi. Evinizdə yarışdığınız zaman mətbuatın sizə qarşı marağı çox olur. Daha sonra isə azarkeşlərin sizə qarşı olan gözləntiləri artır. Sizin haqqınızda çoxlu söz-söhbətlər olur. Sizin üzərinizdəki təzyiq də artır. Bu sizi daha da gücləndirir. Braziliyada iki dəfə qalib gəlmişəm. Bu karyeramın ən gözəl anlarından biri idi.

2006-cı ildəki Braziliya yarışı doğrudan da mükəmməl idi. Pouldan başladım və hər dövrə rəqiblərimlə fərqi artırdım. Amma yarışın ikinci hissəsi mənim üçün çətin keçdi. Tribunalar ağzına kimi dolu idi. Hər an diqqətim yayına bilərdi. Son dövrədə fanların səslərini eşitmək mükəmməl idi. Həyatımın ən gözəl anı idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 171
Teqlər , , , , ,
Paylaş

logo