F.Massa: “Alonsonu buraxmasam, pis olardı”

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, 2010-cu ilin Almaniya yarışında Alonsoya yol verməsəydi, karyerası daha pis ola bilərmiş.

F-1.az xatırladır ki, braziliyalı sürücü 2010-cu ilin Almaniya yarışında lider gedərkən, komandası ona “Felipe, Fernando səndən sürətlidir” demişdi və Massa komanda yoldaşını önə buraxmışdı.

Felipe Massa: “Ferrari din kimidir. Mətbuat çox maraq göstərir. Sözün açığı, Ferrari sürücüsü olmağı sözlərlə ifadə etmək çətindir. Uzun müddət onlarla yarışdığım üçün özümü şanslı hiss edirəm. Onlarla yarışmaq mükəmməl idi. 2010-cu ildə komanda əmrini eşitməməzliyə vura bilərdim. Amma elə etsəm, mənim üçün daha pis olardı. Adınız Alonso və ya Şumaxer olsa belə, komanda əmrlərinə tabe olmalısınız. Ferrari-də gözəl xatirələrim oldu. Heç nəyə görə peşman deyiləm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*