F.Massa: “Alonso və Şumaxer eyni gücdədirlər”

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Fernando Alonso əfsanəvi Mixael Şumaxerlə eyni gücdədir.

F-1.az xatırladır ki, braizliyalı sürücü 2006-cı ildə Şumaxerlə, 2007-2009-cu illərdə Rəykkönenlə, 2010-2013-cü illərdə isə Alonso ilə komanda yoldaşı olmuşdu.

Fellipe Massa: “Saf istedad cəhətdən Fernando və Mixael eyni səviyyədədir. Alonso yarışı yaxşı oxuyurdu və inanılmaz sürürdü. Bu, onu daha üstün edir. Çox ağıllı və hərtərəfli sürücüdür. Eyni sözlər Mixael üçün də keçərlidir. Sözün düzü, yanında olmaq asan deyildi. Mixael ilə yaxın münasibətim var idi. Gənc idim və yeddi dəfə Dünya Çempionu olmuş biri ilə mübarizə aparırdım. Lakin Şumaxer mənimlə yaxşı davranırdı. Lakin Alonso ilə başqa cür mübarizə aparmalı idim. Boliddən düşəndə onunla problemim olmurdu. Yaxşı dostluğumuz oldu.

Fernandonun bir fərqi var. Dəbilqəsini taxdığı anda fərqli adam olur. Komandanı iki yerə ayıra bilər. Daha əvvəl yarışdığı komandalarda bunu gördük. Bu, onun problemidir. Belə xasiyyəti olmasa, daha uğurlu sürücü olardı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*