23 Oktyabr 2017, Bazar ertəsi - 02:42

F.Massa: “8-ci yer qələbəyə bərabərdir”

F.Massa: “8-ci yer qələbəyə bərabərdir”

Müəllif: Rauf Hacıyev, redaktor

10:34 - 29 Avqust, 2017

Williams komandasının sürücüsü Felipe Massa Belçikadakı yarışdan sonra bildirib ki, 8-ci yer qələbəyə bərabərdir.

F-1.az xatırladır ki, Williams komandası son yarışlarda çox zəifləyib. Lakin britaniyalıların Belçikada güclü olması gözlənilirdi. Amma bolid həftəsonu başlayandan çox yavaş olub və buna görə də yarışa 15-ci və 16-cı yerdən başlaya biliblər.

36 yaşlı sürücü mükəmməl startdan sonra 12-ci yerə qədər yüksəlib və daha sonra öndəki sürücülərin problem yaşamasından faydalanaraq 8-ci yerdə yüksələ bilib.

Felipe Massa: “Yarışdan çox razıyam. Bu nəticə bizim üçün qələbəyə bərabərdir. Mükəmməl başladıq və ötmələr etdik və yaxşı xallar qazandıq. Sıralanma turundakı problemlərdən sonra rəqiblərimizi geridə qoyduğumuz üçün sevincliyəm. Çətin olsa da, rəqiblərimi qabaqladım. Səkkizinci yer əvvəlki yarışlara nisbətən yaxşı nəticə sayılmasa da, Belçikada qələbə kimi idi. Çox işləməliyik və bolidi təkmilləşdirməliyik. Son yarışlarda nəyin səhv getdiyini tapmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 11. 983
Teqlər , , , ,
Paylaş

logo