F.Byanki: “Halo sistemi oğlumu xilas edə bilməzdi”

Jül Byankinin atası Filip Byanki bildirib ki, sürücünün başını qoruma sistemi onun oğlunun həyatını xilas edə bilməzdi...

F-1.az xəbər verir ki, 2017-ci ildən etibarən sürücünün başını qorumaq üçün müəyyən sistemlərdən istifadə ediləcək. Bunun üçün Mercedes AMG komandasl Halo sistemini təklif edib. Ferrari isə dünənki testlərdə ilk dəfə bu sistemi test edib.

Filip Byanki bu sistem barədə fikirlərini bildirib: “Bu sistem irəliyə doğru kiçik addımdır. Bu sistem Felipe Massanın və Castin Uilsonun qəzalarındakı kimi hadisələrdə sürücülərə kömək edə bilməz. Bu sistem bütün problemləri həll etmir.

Halo sistemi Jül Byankinin həyatını xilas edə bilməzdi. Təbii ki, təhlükəsizlik bir az artacaq, amma Halo hər şeyi həll etmir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*