23 Noyabr 2017, Cümə axşamı - 11:39

F.Briatore: “Formula1-in rəqabətə ehtiyacı var”

F.Briatore: “Formula1-in rəqabətə ehtiyacı var”

Müəllif: Rauf Hacıyev, redaktor

09:32 - 06 Fevral, 2016

Renault komandasının keçmiş başçısı Flavio Briatore bildirib ki, Formula1-in hazırda ən böyük problemi idmanda rəqabətin olmamasıdır…

F-1.az xatırladır ki, Formula1 üzrə 2010-2013-cü illər mövsümlərində Red Bull, son 2 mövsümdə isə Mercedes AMG komandalarının hegemonluğu qeydə alınıb. Amma bu mövsüm çempionluq mübarizəsinin Mercedes və Ferrari komandaları arasında getməsi gözlənilir.

Renault komandası ilə 2005-ci və 2006-cı illərdə Dünya Çempionu titullarını qazanan Flavio Briatore F1-in hazırkı vəziyyəti ilə bağlı düşüncələrini deyib: “Ümid edirəm ki, Ferrari və Mercedes çempionluq uğrunda mübarizə aparar. Bunu ən çox fanlar üçün istəyirəm.

Rəqabət olmasa, bütün yarışlar darıxdırıcı olar. Mercedes komandası hazırda texniki cəhətdən çox üstündür.

Formula1-in yenidən sevilməsi üçün 4 yaxşı komanda olmalıdır və bunlardan ikisi çempionluq uğrunda mübarizə aparmalıdır”.

Flavio Briatore Renault-un Formula1-ə qayıtması barədə də danışıb: “Bu gözəl xəbərdir. Amma hazırkı vəziyyətdə yarış qazanmaları mümkün deyil, lakin gələcəkdə hər şey ola bilər. Qarşılarında əngəl çoxdur, amma onlar bu əngəlləri aşa bilərlər”.

Qeyd edək ki, Renault komandasının 2016-cı il üçün açıqlanan büdcəsi 300 milyon avrodur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 441
Teqlər , , , ,
Paylaş

logo