F.Briatore: “Ferrari çempion ola bilməyəcək”

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Ferrari bu il Dünya Çempionu titulunu qazana bilməyəcək.

F-1.az xatırladır ki, Ferrari son sürücülər çempionluğunu 2007-ci ildə, son mühəndislər çempionluğunu isə 2008-ci ildə qazanıb. İtalyanlar bu il 10 illik fasilədən sonra yenidən çempion olmaq istəyirlər. Kimi Rəykkönen və Sebastyan Fettel də çempionluğa ümid edirlər.

Amma Briatore bildirib ki, italyanlar yenə də çempionluq uğrunda mübarizə aparmaqdan uzaq qalacaqlar: “Komandada hər şey eynidir. Bu köhnə təndirdir, amma çörəkçi eynidir. Təndir eyni olduğu üçün çörəklər də eyni olacaq. Ferrari-nin 2017-ci ildə çempion olacağına inanmıram. Bu il yeni qaydalara görə, əsas iş mühəndislərə düşür və buna görə də Red Bull ön planda olacaq”.

Briatore əlavə edib ki, onlar bu il işinə daha çox fokuslanmış Həmilton görəcəklər: “Mercedes keçən il DJ-lik edən, əylənən və həmişə xizəklə məşğul olan bir sürücüyə sahib idi. Daha sonra çempionluğu əldən verdi. Amma bu onunçün xəbərdarlıq oldu və bu il yenidən yüksək səviyyəli performans göstərə bilər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*