15 Dekabr 2018, Şənbə - 20:37

F.Briatore Alonsoya görə qayğılıdır

F.Briatore Alonsoya görə qayğılıdır

Müəllif: Rauf Hacıyev, redaktor

11:58 - 16 Yanvar, 2018

Fernando Alonsonun sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, ispaniyalı sürücünün yenidən podiuma yüksəlməsini istəyir.

F-1.az xatırladır ki, 36 yaşlı sürücü 2015-ci ildə McLaren-ə qayıtdıqdan sonra podiuma həsrət qalıb. Alonsonun bu müddətdə ən yaxşı nəticəsi 5-cilik olduğu halda, 22 dəfə mübarizəni yarımçıq saxlayıb və cəmi 16 yarışda xal ala bilib. McLaren bu pis dövrün “memarı” Honda ilə yollarını ayıraraq Renault mühərriklərinə keçib və buna görə də britaniyalılar bu ilin əsas favoritlərindən sayılırlar.

Flavio Briatore: “McLaren-də qalmaqla komandaya olan sədaqətini göstərdi. 2015-ci ildə ora gedəndə onların Honda mühərriyi ilə bu qədər problem yaşayacağını gözləmirdi. Son üç ildə performans cəhətdən geridə olsalar da, Alonso orada qaldı. Renault-nu və oradakı işçiləri əla tanıyır. Bilir ki, necə mühərrik hazırlaya bilərlər. Ümid edirəm ki, yeni mövsümdə yenidən podiuma yüksələr və qələbə hədəfi ilə başladığı yarışın 15-ci dövrəsində təslim olmaz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 182
Teqlər ,
Paylaş

logo