F.Briatore: “Alonso Ferrari-ni çempion edər”

Sabiq komanda rəhbəri Flavio Briatore bildirib ki, Ferrari Fernando Alonsonu transfer etsə, Mühəndislər Kubokunu qazana bilər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2010-2014-cü illərdə Ferrari komandasında çıxış etmiş və komanda yoldaşlarını məğlub edə bilmişdi.

Flavio Briatore: “Sözün açığı, Sebastyan olduğu müddətdə Həmiltonun Ferrari-də yarışacağına ehtimal vermirəm. Ferrari bu il çempion ola bilərdi, amma fürsəti qaçırtdılar. Məncə, Fettelin yanında Alonso olsaydı, onda ən yaxşı heyət olardı. Onlar Mühəndislər Kubokunu qazanardılar. 100 faiz əminəm ki, bunu edərdilər. Alonso hazırda ən güclüdür və komandasına Rəykkönendən çox xeyir verə bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*