F.Briatore: “Alonso ancaq qələbə qazanmaq üçün qayıda bilər”

Fernando Alonsonun mənəvi atası Flavio Briatore bildirib ki, ispaniyalı sürücü Mercedes və ya Ferrari komandalarından təklif alsa, idmana qayıdar.

F-1.az xatırladır ki, ikiqat Dünya çempionu gələn il Formula1-də olmayacaq. Amma əksəriyyət 37 yaşlı sürücünün 2020-ci ildə F1-ə qayıda biləcəyini düşünür.

Flavio Briatore: “Əgər Mercedes və ya Ferrari gələcəkdə Fernandoya müraciət etsə, geri qayıdacaq. Hələlik dincəlməlidir. Uzun illər yarışdıqdan sonra fasilə verməlidir. Daha əvvəl Prost, Lauda və s. belə etdilər.

Sadəcə iki komanda var: Mercedes və Ferrari . Qalanları ən yaxşı halda 4-cü yer uğrunda mübarizə aparırlar. Bir gün komandalar anlayacaq ki, çempion olmaq üçün iki güclü sürücü lazımdır.

Alonsosuz Formula1 Kriştianu Ronaldusuz Real Madridə bənzəyir. Alonso faciəvi 3 il keçirdi. McLaren-in performansı bərbad idi. Layiq olmadığı yerlər üçün mübarizə apardı”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*