F.Alonsoya “İlin debütantı” mükafatı verilib

Bazar ertəsi İndy500 yarışının mükafatlandırma mərasimi baş tutub. Fernando Alonso "İlin debütantı" seçilib.

F-1.az xatırladır ki, ispan sürücü sıralanma turunda bütün yeni sürücüləri qabaqlayaraq 5-ci yeri tutmuşdu. Fernando yarışa 27 dövrə liderlik etmişdi və finişə 21 dövrə qalmış mübarizəni məcburi dayandırarkən yeddinci yerdə idi.

Fernando Alonso: “Mənim təbriklərim Takumo Satoya və Andretti komandasınadır! Takumoya Formula1-də qazandığı təcrübə çox kömək etdi. Son iki dövrədə mən ona azarkeşlik edirdim. Mən yekun nəticədən çox razıyam”.

Qeyd edək ki, Fernando bu yarışdan 305 min dollar əldə edib. Takumo Satonun qazancı isə 2.5 milyon dollar olub…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*