F.Alonsonun Toyota-da rolu nə olacaq?

McLaren komandasının rəhbəri Zek Braun bildirib ki, Fernando Alonsonun WEC-dəki komandası Toyota-da kiçik bir rolu olacaq.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu mövsüm həm WEC-də, həm də Formula1-də çıxış edəcək. Əksəriyyət düşünür ki, bu qərar Alonsoya mənfi təsir göstərə bilər.

Zek Braun: “Alonso sadəcə Toyota-nın yarış maşınını sürəcək. Kommersiya toplantılarında, sponsor tədbirlərində iştirakı məhdud olacaq. Biz onu Toyota-ya icarəyə vermişik. Onlar sponsor anlaşmalarında Alonsodan istifadə edə bilməzlər. Ümumilikdə, Alonsonun əsas düşüncəsi McLaren-də uğur qazanmaqdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*