24 Noyabr 2017, Cümə - 11:44

F.Alonsonun muzeyində yeni eksponat

F.Alonsonun muzeyində yeni eksponat

Müəllif: Elçin Zodorov, redaktor

06:03 - 05 İyun, 2017

Fernando Alonso texniki səbəbdən yarışı yarımçıq saxlamasına baxmayaraq, uğursuz adlandırılması düzgün olmayan İndy500 yarışından sonra deyib: “Mən bu narıncı maşının İspaniyadakı muzeyimdə olacağı anı səbirsizliklə gözləyirəm”.

Əlbəttə, söhbət Andretti Autosport komandasına aid olan və McLaren-in narıncı rənginə boyanmış DW12 şassisindən gedir. Güman etmək olar ki, maşının okeanın o tayından Ovyedodakı muzeyə gətirilməsi vaxt alacaq. Lakin ikiqat dünya çempionu şənbə günü şəxsi Twitter bloqunda muzeyində yeni eksponatın olduğunu elan edib – bu, Fernandonun McLaren-ə qayıtdığı ilk ildə yarışdığı MP4-30 bolididir.

F-1.az bildirir ki, muzeydə artıq 14 eksponat var. İspan sürücü Formula1-də 2001-ci ildən etibarən yarışır və indiyə qədər 16 fərqli boliddə mübarizə aparıb. Yarışdığı ilk maşın Minardi PS01, hələlik son maşın isə McLaren MCL32-dir. Fernando ilk dəfə deyil ki, komanda ilə bağladığı müqaviləyə sonradan maşının şəxsi mülkiyyətinə keçəcəyi ilə bağlı bənd əlavə etdirir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 974
Teqlər , , ,
Paylaş

logo