F.Alonsodan Renault-ya xəbərdarlıq: “Qələbə qazanmaq rahat olmayacaq…”

Lotus-u alaraq Formula1-ə yenidən zavod komandası kimi qayıdan Renault-nun necə çıxış edəcəyi maraq mövzusudur.

F-1.az xəbər verir ki, McLaren Honda-nın ispaniyalı pilotu Fernando Alonso qarşıdakı mövsümdə Renault-nu çətin sınaq gözlədiyini bildirib.: “Renault-nun Formula1-ə qayıtmasına çox sevindim. Onlar qalib gələ bilərlər. Amma bunun üçün zamana, pula və şansa ehtiyacları var. McLaren Honda kimi, ancaq ad və keçmişiniz uğur gətirmir…”

Xatırladaq ki, Alonso 2 titulunu məhz Renault ilə qazanıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*