F.Alonso yerə-göyə sığmır

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, testlərin son günündən razı qalıb.

F-1.az xatırladır ki, Alonso və Vandorn cütlüyü testlərin son günündə 160 dövrə vurublar. Belçikalı sürücü ikinci, ispaniyalı sürücü isə 5-ci olub.

Fernando Alonso: “Komanda adına əla gün idi. Boksdakı bütün işçilər əla iş gördülər və bolid də əla performans göstərdi. Bolid qüsursuz idi. Uzun illərdən sonra ilk dəfə belə gözəl bir gün keçirdik və fəxr etməliyik. Çox sayda sazlanma etmək və təkərləri yoxlamaq şansımız oldu. Xüsusən də Renault mühərriyinin inteqrasiyası çox vacib idi və bu mövzuda əla iş gördük. Testlərin ikinci həftəsində mümkün qədər çox məsafə qət etmək istəyirik. Ümid edirəm ki, problem yaşamarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*