F.Alonso: “Yeniliklər gözlənilən kimi olmadı”

McLaren komandasınım sürücüsü Fernando Alonso bildirib ki, yeni paket Malayziyada sıralanma turunda işləməyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü sıralanma turunda 10-cu, komanda yoldaşı Stoffel Vandorn isə 7-ci yeri tutub. Alonso sessiya ərzində yeni, belçikalı sürücü isə köhnə versiya aerodinamik paketdən istifadə edib.

Fernando Alonso: “Həftəsonunun gedişindən çox razıyam. Performans cəhətdən yaxşı vəziyyətdəyik və hər iki bolidin son sessiyaya qalması irəliyə doğru atılmış addımdır. Sabahkı yarışda yerimizi qorumağa çalışacağıq. Altıncı yerlə 14-cü yer arasında fərq azdır. Bizim üçün çətin olacaq. Hər şeyə hazır olmalıyıq.

Yeni aerodinamik paker dünən işləyirdi, amma bu gün işləmədi. Bəlkə də onları təhlil etməliyik. Boliddə yeni detallar olanda çox şərh verməməliyik. Əmin olmamış danışmaq olmaz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*