17 Dekabr 2017, Bazar - 10:02

F.Alonso: “Yeni təkərlər sürətlidirlər”

F.Alonso: “Yeni təkərlər sürətlidirlər”

Müəllif: Rauf Hacıyev, redaktor

10:19 - 29 Noyabr, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Əbu Dabidə təkər testlərindən razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü səhər trasa çıxarkən qəza edib və bir müddət boksda qalmalı olub. Amma komanda bolidi təmir etdikdən sonra 36 yaşlı sürücü trasa çıxaraq 115 dövrə vurub. Alonso 1:39.762 zaman nəticəsi ilə 6-cı olub.

Fernando Alonso: “Bu gün gözəl idi. 2018-ci ilin təkərlərini test etmək faydalı oldu. Sürətlidirlər və təkər yeyilməsinə nəzarət etmək mümkündür. Ümumi təəssüratım əladır. Səhər bir az baryerlərə sürtüldüm, amma mexaniklərim bolidi tez bir zamanda təmir etdilər və trasa qayıda bildim. Beləliklə, bütün proqramı uğurla tamamladım. 2017-ci il mənim üçün bitdi və artıq gələn ilə hazırlaşacam. Gələn ilin hazırlıqları üçün bazaya gedəcəm. Çox iş görməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 44
Teqlər , , ,
Paylaş

logo