23 Oktyabr 2018, Çərşənbə axşamı - 20:53

F.Alonso: “Yeni maşınlar maraqlı olmasa Formula1-i tərk edəcəm”

F.Alonso: “Yeni maşınlar maraqlı olmasa Formula1-i tərk edəcəm”

Müəllif: Elçin Zodorov, redaktor

15:48 - 08 İyun, 2016

F-1.az xəbər verir ki, 2 ildir ki, gözləniləndən çox zəif olan McLaren Honda komandasında çıxış edən Fernando Alonso gələn ilin bolidləri ilə yarışmağın maraqlı olmayacağı təqdirdə Formula1 karyerasını bitirəcəyini bildirib.

Fernando Alonso: “Hazırda yarışmaqdan həzz alıram. Bu mənim həyatımın bir parçasıdır və ən yaxşı bacardığım şey budur. Əgər gələn il maşınları sürmək əyləncəli olmayacaqsa, başqa seriyalarda özümü sınayacam. Məqsədim bir gün Le Manın 24 saatlıq marafonunun qalibi olmaqdır”.

Fernando Ferrari-dən ayrıldığı üçün peşman olmadığını da dilə gətirib: “Altı və ya yeddi il Red Bull ilə Mercedes-in arxasında qalmaq çox pis hiss olardı, ona görə də mən Ferrari-dən hər şey yaxşı olanda ayrıldım. Çünki Ferrari-ni xoş xatirələrlə tərk etmək istədim, pis xatirələrlə yox…”

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 545
Teqlər , , ,
Paylaş

logo