F.Alonso: “Yay tətilində qərar verəcəm”

McLaren komandasının sürücüsü Fernando Alonso İndy500 yarışından sonra bildirib ki, Kanadada rəqabətədavamlı olmağı planlaşdırırlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü İndianapolisdə əfsanəvi 500 millik yarışda da Honda mühərriyinin partlaması üzündən damalı bayrağı görə bilməmişdi.

Fernando Alonso: “Kanadada Monakodakı kimi olmasa da, daha güclü olmağa çalışacağıq. Bolid son yarışlara nisbətən güclüdür. İspaniyada 7-ci yerdən başladıq və Monakoda hər iki bolidlə son sessiyaya qaldıq. Mövsümün ikinci yarısından etibarən daha yaxşı nəticələr göstərə bilərik. Gələcəyimlə bağlı seçimlər çoxdur, lakin bu barədə danışmaq üçün tezdir. Yay fasiləsində ətraflı düşünəcəm. Zamanı gələndə nələr olacağını görəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*