20 Oktyabr 2017, Cümə - 05:37

F.Alonso: “Xal almaq mümkünsüz idi”

F.Alonso: “Xal almaq mümkünsüz idi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:15 - 17 May, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, İspaniyada xal qazanmaq üçün lazımi templəri olmayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yerli publikası önündə mükəmməl sıralanma turu keçirərək şənbə günü 7-ci olmuşdu. Amma yarışın startında Massa ilə təmas yaşayan 35 yaşlı sürücü tras xaricinə çıxaraq, 11-ci yerə qədər geriləmiş və yarışı xalsız başa vurmuşdu.

Fernando Alonso: “Öndəki bolidlər qəza etdilər və mən də riskə getdim. Bəlkə geridə qala bilərdim, lakin itirəcək heç bir şeyim yox idi. Massanın məni görməyəcəyini bilə-bilə xarici trayektoriyada qaldım. Amma bu insident olmasa belə, düzlükdəki sürətimizə görə geriləyəcəkdik. Rəqiblərimizə qarşı müdafiə olunmaq qeyri-mümkün idi. Həftəsonundan razıyam. Sıralanma turunda əla dövrə vurdum və problem yaşamadan yarışı bitirdim. Xal almaq üçün bir şansım olsa da, onu da Kvyatın arxasında əldən verdim. Düzlüklərdə onu keçə bilmədim.

Hondanın gətirəcəyi yeniliklər dönüş nöqtəsi ola bilər. Şassimiz pis deyil və hər yarış onluğa düşə bilərik. Çatışmayan cəhətimiz güc və etibarlılıqdır. Axır ki, yarış bitirdik, finiş gördük. Ümid edirəm ki, etibarlılıq problemlərini həll etmişik və inkişafa davam edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 7. 664
Teqlər , , , ,
Paylaş

logo