F.Alonso: “Vandorn yarışmadığı üçün sevinməlidir”

McLaren komandasının sürücüsü Fernando Alonso yarışda iştirak edə bilməyən komanda yoldaşı Stoffel Vandornu xoşbəxt adlandırıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndə Palmerlə Kvyatın hücumlarına tab gətirə bilməmiş və komandasına radiodan “mən ömrümboyu bu cür zəif mühərriklə yarışmamışdım” deyərək, növbəti dəfə Honda mühərriklərini tənqid etmişdi.

Fernando Alonso: “Bu gün düzlüklərdə rəqiblərimizə dəhşətli dərəcədə uduzurduq. Güzgülərdən baxırdım ki, məndən 300-400 metr geridədirlər, amma düzlükdə məni qabaqlayırdılar. Bundan sonra boliddə hər hansı rejimi dəyişdirməyin mənası yox idi. Təkmilləşməyə davam etməliyik. Heyif ki, işlər istədiyimiz kimi getmir və buna görə narahatam. Stoffelin isə yarışa çıxmaması onun xoşbəxtliyidir. Düzlüklərdə acınacaqlı vəziyyətdə idik. Buna görə də onun yerinə sevinirəm”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*