F.Alonso: “Təslim olmayacağıq”

McLaren Honda komandasının sürücüsü Fernando Alonso bildirib ki, mövsümün bitməsinə 6 yarış qalsa da, təslim olmayacaqlar.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 14 yarışdan sonra cəmi 10 xal toplaya bilib.

Fernando Alonso: “Sinqapurdan sonra Malayziyada ilk döngəyə daha yaxşı girmək istəyirik. Orada baş verənlər bəxtsizlik idi, amma əlimizdən heç nə gəlmir. Malaziyada da Sinqapurdakı kimi fiziki cəhətdən çətin olacaq. Buna görə də bu yarışların ardıcıl olması bizim üçün yaxşıdır. Sepanq bizim üçün əlverişli deyil, ancaq təslim olmayacağıq. Sərbəst yürüşlərdə sazlanma tapa bilsək, sıralanma turunda son sessiyaya qala bilərik. Düzlüklərdəki zəifliyimizi azaltmağa çalışacağıq. Ümid edirəm ki, yaxşı nəticə qazanarıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*