20 Noyabr 2017, Bazar ertəsi - 06:11

F.Alonso: “Təqaüdə çıxmayacam”

F.Alonso: “Təqaüdə çıxmayacam”

Müəllif: Rauf Hacıyev, redaktor

09:20 - 25 Fevral, 2016

Formula1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonso bildirib ki, onun təqaüdə çıxacağı ilə bağlı yayılan iddialar əsassızdır…

F-1.az xatırladır ki, Fernando Alonso 2014-cü ilin sonunda McLaren komandası ilə 3 illik müqavilə imzalayıb. Amma keçən il McLaren Honda çox zəif təsir bağışlayıb və ispaniyalı karyerasının debüt ilindən sonra ən pis mövsümünü keçirib.

Bundan sonra şayiələr yayılıb ki, əgər McLaren Honda-nın 2016-cı il bolidi MP4-31 də zəif olsa, Fernando Alonso təqaüdə çıxacaq.

Fernando Alonso mətbuata bu barədə açıqlama verib: “Bu iddiaları eşidəndə təəccübləndim, amma hər həftə belə söz-söhbətlər çıxır.

Xüsusi ilə də yarış olmayan həftələr çox təhlükəlidir, amma artıq testlər başlayıb və bizi trasda görürlər. Ümid edirəm ki, bu söz-söhbətlər bitər.

Bu şayiə Abu Dabi QP-də çıxdı. Sabahsı gün bildirdim ki, belə şey olmayacaq və iddiaları təkzib etdim.

Keçənilki bolidim çox yeni idi, amma indi inkişaf etmişik və bolidimiz daha yaxşıdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 246
Teqlər ,
Paylaş

logo