21 Sentyabr 2017, Cümə axşamı - 05:32

F.Alonso: “Şumaxeri məğlub etmək çox dəyərli idi”

F.Alonso: “Şumaxeri məğlub etmək çox dəyərli idi”

Müəllif: Rauf Hacıyev, redaktor

06:15 - 18 İyun, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Mixael Şumaxerə qarşı yarışıb çempion olmaq onun üçün hər şeydən dəyərli olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2006-cı ildə Şumaxerlə son yarışa qədər çempionluq uğrunda mübarizə aparmış və sonda qalib gələn tərəf olmuşdu. Almaniyalı əfsanə bundan sonra təqaüdə çıxmışdı.

Alonso isə 2007-ci, 2010-cu və 2012-ci illərdə də son yarışa qədər çempionluq uğrunda mübarizə aparmış, lakin hər dəfə məğlub olmuşdu.

Fernando Alonso: “Qələbə və çempionluqların dəyəri Mixael ilə yarışdığımız dövrlərdə gözəl idi. Uğurun dəyəri çox idi. Bir əfsanəyə qarşı yarışırdınız.

22 yaşım olmasına baxmayaraq, inanılmaz zamanlar keçirtdim. Bəzi şeylərlə vidalaşdım. Normal həyatdan uzaqlaşdım. Küçədə gəzə bilmirdim, marketə gedə bilmirdim. Hər gün televizora çıxırdım. 23-24 yaşım var idi və mənim üçün hər şey dəyişmişdi. Bu, mənim üçün unudulmaz şou idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 866
Teqlər , ,
Paylaş

logo