F.Alonso: “Səyahətlər məni yora bilər”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, builki sıx təqvimdən qorxmur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu il həm WEC-də, həm də Formula1-də çıxış edəcək və iki seriyada 26 yarışa çıxacaq.

Fernando Alonso: “Hazırda məni ən çox səyahət etmək narahat edir. Mənim enerjimi bu alacaq, lakin buna hazır olacam. Özümü buna hazırlasam, iki seriyada da gözəl nəticələr ala bilərəm. Təyyarənin hər enişi mənim mövsümümə mənfi təsir göstərə bilər. Vaxtımı və enerjimi yaxşı tənzimləyib, mövsümü problemsiz bitirmək istəyirəm. Fiziki cəhətdən problem olmayacaq. Özümü tanıyıram və iki fərqli seriyada rəqabətədavamlı ola bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*