F.Alonso: “Sessiyadan razıyam”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, MCL32-nin göstərdiyi performansdan razı qalıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 1-ci sərbəst yürüşlərdə 12-ci yeri tutub.

Fernando Alonso: “Gözlənildiyi kimi sadəcə ilk sessiya quru havada keçdi. Planlaşdırdığımız hər şeyi etdik. Əlimizdən gəldiyi qədər çox dövrə vurduq. İkinci sessiya isə çox yavaş keçdi. Sessiyanın sonuna doğru bir neçə dövrə vurdum. Yağış dayansa da, trasda işləməyin mənası yox idi. Proqnozlara baxsaq, yarış və sıralanma turu quru havada keçəcək.

Bolid ümumilikdə yaxşı idi. İlk sektor bolidin performansını əks etdirir. Mənim üçün yaxşı sessiya idi. Görək sabah nə olur. Orta qrup bir-birinə çox yaxındır. Qəti bir söz demək üçün sabahı gözləməliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*