F.Alonso: “Real Madridin oyununu gözləyirəm”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Monakoda sıralanma turunda inanılmaz geridönüş ediblər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü əyləc probleminə görə 1-ci sərbəst yürüşlərdə boksda qalsa da, sıralanma turunda gözəl performans göstərərək, 7-ci olub.

Fernando Alonso: “Üçüncü sərbəst yürüşlərdə 15-ci olmuşduq. Bilirdik ki, işlər bizim üçün yaxşı getmir. Amma daha sonra etdiyimiz dəyişikliklər əla işlədi və yeddinci olaraq günü yaxşı yerdə bağlaya bildik. Çox stresli gün idi. Trafik ilə mübarizə aparmalı idik və təmiz dövrə vurmaq üçün imkan yox idi. Amma hər şeyi bir araya gətirərək, xaosdan yaxşı ayrıldıq. İndi isə Real Madrid-Liverpul oyununu gözləycəm. Real-ın qələbəsi ilə sabahkı yarışa yüksək əhval-ruhiyyədə çıxacam”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*