22 Noyabr 2017, Çərşənbə - 07:30

F.Alonso: “Qırx dövrə Saynsı izlədim”

F.Alonso: “Qırx dövrə Saynsı izlədim”

Müəllif: Elçin Zodorov, redaktor

15:02 - 31 Oktyabr, 2016

F-1.az xatırladır ki, McLaren Honda-nın çox da yaxşı təsir bağışlamadığı Meksika Qran Prisində 11-ci yerdən start alan Fernando yarışı 13-cü tamamlamışdı. Komanda yoldaşı Censon Batton isə 12-ci olmuşdu.

Daha əvvəl xal qazanmanın çox çətin olacağını deyən ispan sürücü yarışın yaxşı keçmədiyini qəbul edib.

Fernando Alonso: “Bəlkə daha yaxşısını edə bilərdik, amma ilk dövrədə səhv anda səhv yerdə oldum. Saynsla aramızda kiçik bir hadisə oldu və ondan sonra maşın qatarının arxasında qaldım. Bəlkə də 40 dövrə Saynsı izlədim. Censonla fərqli strategiyaları yoxladıq, lakin xal qazanmağımız mümkün deyildi. Qabağımızda maşın olmadıqda sürətli idik – diqqət yetirməli olduğumuz şeylərdən biri budur”.

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , ,
Paylaş

logo