F.Alonso: “Qəza olmasa, xal alacağıq”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, sıralanma turunun ikinci sessiyasında mükəmməl dövrə vurub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Maks Ferstappenin cəzasına görə ABŞ yarışına 8-ci yerdən başlayacaq.

Fernando Alonso: “İkinci sessiyada dövrəm bu həftəki ən yaxşı dövrəm idi və bunu komandaya da dedim. Daha yaxşısı mümkün deyildi. Maksın cəzasına görə yarışa 8-ci yerdən başlayacağıq və xal qazanmaq üçün əla şansımız olacaq. Sinqapurda ilk döngədə çoxlu xal itirdik. Yaponiyada isə son dövrədə Massaya yaxın olsaq da, xal ala bilmədik. Amma burada bəxtsizliyimi qıracağımıza inanıram. Yarışda problem yaşamasaq, xal şansımız olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*