11 Dekabr 2017, Bazar ertəsi - 04:13

F.Alonso: “Qətiyyən qorxmuram”

F.Alonso: “Qətiyyən qorxmuram”

Müəllif: Rauf Hacıyev, redaktor

14:17 - 23 Aprel, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, İndy500 yarışındakı təhlükələrdən və mübarizələrdən qorxmur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Monakoda yarışmayacaq. Əvəzində isə avtoidman tarixinin 3 vacib yarışından biri sayılan İndy500-də gücünü sınayacaq.

Fernando Alonso: “Bu çox həyəcanverici olacaq. Yarışa hazır deyiləm. Qısa müddət ərzində çox şey öyrənməliyəm. Tamamilə fərqli sürüş tərzi lazımdır. Özümü bu fərqliliklərə öyrəşdirməliyəm. Görək nə olur. Orta sürət çox yüksəkdir və dönmələr divara yaxındır. Ətrafınızda çox maşın olsa, hava koridoruna çox girirsiniz. Amma mübarizədən qorxmuram”.

Xatırladaq ki, İndyCar seriyasında 2011-ci ildə Dən Ueldon, 2015-ci ildə isə Castin Uilson qəza edərək, dünyalarını dəyişmişdilər.

Fernando Alonso: “Narahat deyiləm. Hazırda bolidlər, divarlar hamısı çox təhlükəsizdirlər. Qorxmuram. Narahat deyiləm. Əminəm ki, heç nə olmayacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 703
Teqlər , , , ,
Paylaş

logo