F.Alonso: “Qaydalar stabil deyil”

Fernando Alonso bildirib ki, bütün qaydalar stabil olaraq tətbiq edilməlidir.

F-1.az bildirir ki, Alonso əylənmə zonasında istiqamət dəyişdirmənin qadağasının təhlükəsizlik üçün çox vacib olduğunu deyib: “Formula1-də bizim yarışdığımız sürətlərdə təhlükə digər seriyalara nisbətən daha çox olur. Qaydalar daha diqqətli tətbiq edilməli və daha detallı təhlil edilməlidir. FiA və yarış direktorunun vəzifəsi yarışın təhlükəsiz keçməsini təmin etməkdir və bütün yarışlarda eyni qaydaları tətbiq etməkdir. Belə edib, sürücüləri nəzarətdə saxlamaq lazımdır. Bununla razıyam.

Hamımızın istədiyi yeganə şey – həmişə, hər yarışda və hər il stabil olmaqdır. Bəzən oxşar hadisələrə cəza vermirlər, amma iki yarış sonra eyni şey olur və eyni hadisəyə cəza verilir. Belə olan halda, hamımız çaşırıq. Federasiyadan bu yöndə açıqlama istəyəcəyik. Amma işlərin inkişafına və yarışlarda təhlükəsizliyin olmasına görə şadam. Bizim sürətlərdə təmas yaşanmasını və əylənmə zonasında trayektoriya dəyişilməsini əngəlləməliyik. Bu cür şeyləri müzakirə edirik. Formula1-dəyik və bir-birimizə hörmət etməliyik”.

Alonso Meksikada döngəni kəsdiyinə görə Ferstappenin cəza alıb, Həmiltonun cəza almaması barədə danışıb: “Trasdan-trasa hadisələr dəyişə bilər. Montsada konus papaqlar yaxşı işləyir. Amma Həmilton trası kəsəndən sonra trasa təhlükəsizlik avtomobili girdi. Orada sürətini azaltmasaydı və Niko ilə fərq 300 metrdən çox olsaydı, onda üstünlük qazanardı. Çünki bu halda həm döngəni dönməyəcəkdi, həm də uzaqlaşmış olacaqdı.

Amma bu hadisədən dərhal sonra trasa təhlükəsizlik avtomobili girdi. Çarli nə etsin? Dediyim kimi hadisədən-hadisəyə fərq olur. Bəzən yola vermək lazımdır. Hazırda ağ və qara kimi dəqiq qaydalar yoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*