F.Alonso problemsiz yarış istəyir

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Çində problemsiz bir yarışa ehtiyacı var.

F-1.az xatırladır ki, britaniyalılar Barselona testlərində ardıcıl 11 dövrə vura bilməmişdilər, amma mövsümün ilk yarışı Avstraliyada Alonso mükəmməl performans göstərmiş və yarışı uzun müddət 10-cu yerdə aparmasına baxmayaraq, son dövrələrdə yaşadığı asılqan probleminə görə mübarizəni dayandırmalı olmuşdu.

Fernando Alonso: “Artıq bolidin real gücünü görmək istəyirəm. Şanxay doğrudan da qəribə trasdır. Birinci döngə ən çox sevdiyim döngədir. Melburn kimi şəhər tipli trasdan sonra sürəti sevən sürücülər üçün ən əlverişli trasdır.

Testlərdə və ilk yarışda başqa detallar üzərində işlədiyimiz üçün performans olaraq çox zəif göründük. Ümid edirəm ki, Çin yarışında daha güclü olarıq, amma uzun düzlüklər işimizi çətinləşdirəcək. Problemsiz həftəsonu keçirib, yarışı bitirmək inkişaf üçün əla olar. Görək nə olur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*