11 Dekabr 2017, Bazar ertəsi - 04:13

F.Alonso: “Podium əldən getdi”

F.Alonso: “Podium əldən getdi”

Müəllif: Rauf Hacıyev, redaktor

08:12 - 18 Sentyabr, 2017

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, podiuma yüksələ biləcəyi yarışda mübarizəni çox tez dayandırıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışa 7-ci yerdən başlasa da, startdan sonra 3-cü yerə qədər yüksəlib, amma Ferstappenlə təmas etmiş Rəykkönenin idarəetməni itirib ona çırpılması ilə mübarizəni dayandırmalı olub.

Fernando Alonso: “Bu yarış üçün ümidlərimiz böyük idi və şans ayağımıza gəlmişdi. Təmasdan sonra bolidin sol tərəfi tamamilə dağıldığı üçün davam edə bilmədim və ümidlərimiz oradaca bitdi. Yarışda liderliyə belə yüksələ bilərdim. Fettel mübarizəni dayandırdıqda daha bir pillə yüksələcəkdim və böyük bir şansımız olacaqdı. Lakin alınmadı. Bir podiumu əldən verdik. Heyif ki, işlər istədiyimiz kimi getmir. Mühərrik cəzasına görə 20-ci yerdən başlayanda bütün sürücülər mübarizəni davam etdirirlər. Belə günlərdə isə hamı mübarizəni dayandırır. Çox məyusam. Yağış yağırdı və yarışı istədiyimiz yerdə bitirə bilərdik. Bəlkə də qalib gəlmək üçün şansımız belə var idi. Əlimizdən heç nə gəlmir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 367
Teqlər , , ,
Paylaş

logo