23 Sentyabr 2017, Şənbə - 18:38

F.Alonso: “Peşman deyiləm”

F.Alonso: “Peşman deyiləm”

Müəllif: Rauf Hacıyev, redaktor

10:07 - 06 İyun, 2017

İndy500 macərasından sonra Kanada yarışı ilə yenidən Formula1-ə qayıdan Alonso bildirib ki, əsas məqsədi qələbələr qazanmaqdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ilk dəfə qatıldığı İndy500 yarışında qələbəyə əsas namizədlərdən biri olsa da, sona 20 dövrə qalmış mühərrik problemi yaşayaraq, mübarizəni dayandırmalı olmuşdu.

Fernando Alonso: “Əsas hədəfim Formula1 və üçüncü dəfə Dünya Çempionu titulunu qazanmaqdır. İndy500 mənim üçün Formula1-dən sonra gəlir. Yerimdən razıyam, sadəcə daha rəqabətədavamlı olmaq istəyirəm. Bu hər sürücünün ən böyük istəyidir və əldə edə bilməyəndə məyus olursunuz.

Seçimlərimə görə peşman deyiləm. Özüm üçün həmişə doğru olanı etdim. Bundan 17-18 il əvvəl atamın qoşqusunda kartinq çempionatı üçün İtaliyaya gedirdim. İndi Ovyedoda bir süpermarketdə işləyə bilərdim. Amerikaya xəyallarımın dalınca getdim və indi bütün dünya məni izləyir. İnsanlarla razı deyiləm. 97 dəfə podiuma yüksəldim və iki Dünya Çempionluğu qazandım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 682
Teqlər , , , ,
Paylaş

logo