F.Alonso: “Performansımızı təkrarlaya bilmədik”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, sərbəst yürüşlərdəki templərini yarışa əks etdirə bilməyiblər.

F-1.az xatırladır ki, Kanadada 300-cü Qran Prisinə çıxan Fernando Alonso sıralanma turunda 14-cü olub.

Fernando Alonso: “Nə baş verdiyini anlamaq çətindir. Boliddə çox şeyi dəyişdirmədik. Dünənki kimidir. Dünən güclü idik. Sıralanma turunda isə çox zəif idik. Bunu anlamaq üçün dərindən araşdırmaq lazımdır. Sonuncu sərbəst yürüşlərdə zəif olduğumuzu hiss etdim. Heyif ki, sıralanma turunda heç nə dəyişmədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*