21 Noyabr 2018, Çərşənbə - 22:12

F.Alonso niyə Red Bull-un təklifini qəbul etməyib?

F.Alonso niyə Red Bull-un təklifini qəbul etməyib?

Müəllif: Rauf Hacıyev, redaktor

18:11 - 27 Avqust, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso bu il üç yarış qazanmış Red Bull-un təklifini qəbul etməmə səbəbini açıqlayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ilin sonunda Formula1-dən ayrılır və gələn il böyük ehtimalla İndyCar-da yarışacaq.

Fernando Alonso: “Başqa təkliflər də var idi. Gələn il üçün Formula1-də hədəflərimin olmadığını düşündüm. Təklif aldığım Red Bull belə yarış qazanacaq səviyyədə deyil. Pouldan bir saniyəyə qədər yavaşdırlar. 5-ci, 6-cı, 7-ci yerlər istədiyim nəticələr deyil. Qərarımı bir neçə ay əvvəl verdim və xoşbəxtəm.

2007-ci ildə Red Bull böyüməkdə idi. 2010-cu il üçün də Ferrari ilə danışıqlar aparırdıq. O dövrlər Ferrari-nin ən güvənli yer olduğunu düşündüm. Bu qərarıma görə hələ də fəxr edirəm. Öncəgörən olsanız, fikriniz dəyişə bilərdi, amma Ferrari-yə yox deyə bilməzdiniz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 309
Teqlər ,
Paylaş

logo